Azərbaycan Cənubi Qafqazı bərpa olunan enerji mənbələrinin habına çevirir - investorlar üçün qarşılıqlı faydalı tərəfdaşlıq

Ənənəvi olaraq neft və qaz hasilatı ilə assosasiyası olunan Azərbaycan iqtisadiyyatını şaxələndirmək və ölkəni regional "yaşıl" enerji habına çevirmək potensialına malik bərpa olunan enerji infrastrukturu yaratmaq istiqamətində strateji bir addım atır.

Ölkə artıq xarici şirkətlərin iştirakı ilə iki iri bərpa olunan enerji layihəsini reallaşdırıb. 8 yanvar 2026-cı ildə Səudiyyə Ərəbistanı şirkəti "ACWA Power" tərəfindən inşa edilən və 240 MVt quraşdırılmış gücə malik "Xızı-Abşeron" külək elektrik stansiyası rəsmi olaraq istifadəyə verilib. Onun illik elektrik enerjisi istehsalı 1 milyard kVt·saat səviyyəsində proqnozlaşdırılır ki, bu da 220 milyon kubmetr təbii qazın qənaətinə və 400 mindən tondan çox CO₂ emissiyasının qarşısının alınmasına imkan verəcək. BƏƏ-nin Masdar şirkəti ilə birgə həyata keçirilən və 26 oktyabr 2023-cü ildə istifadəyə verilmiş 230 MVt gücə malik "Qaradağ" günəş elektrik stansiyası isə ildə təxminən 500 milyon kVt·saat elektrik enerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr təbii qazın qənaətinə və 200 min ton CO₂ emissiyasının qarşısının alınmasına bərabərdir.

Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" tədbirində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerji sahəsində ambisiyalı planlarını qeyd edib.

"Növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib",- deyə Prezident İlham Əliyev bildirib.

Sənayenin inkişaf proqnozlarına görə, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payı 2027-ci ilədək 25%-ə, 2030-cu ilədək isə 30%-ə çatacaq. Proqramın birinci mərhələsi, 2027-ci ilin sonuna qədər, prioritet daxili istehlaka verilməklə təxminən 2 QVt gücün istifadəyə verilməsini nəzərdə tutur . Növbəti illərdə isə 6 QVt-dan çox gücün əlavə olunması planlaşdırılır və bunun əsas məqsədi isə elektrik enerjisinin ixracı və data mərkəzlərinin enerji təchizatıdır ki, bu da Avropa və beynəlxalq investorlar üçün əlverişlidir.

Ən iri layihələr arasında aşağıdakılar yer alır:

• Cəbrayıl rayonunda BP ilə birgə həyata keçirilən "Şəfəq" günəş elektrik stansiyası (240 MVt). Burada "virtual enerji ötürülməsi" modeli tətbiq olunur: elektrik enerjisi Bakıya yönləndirilir, yerli istehsal isə illik 260-330 min ton CO₂ emissiyasının azaldılmasına imkan verir. Layihəyə ümumi investisiya 200 milyon ABŞ dolları təşkil edir.

• Masdar şirkətinin "Mega" layihəsi: Biləsuvar Günəş Elektrik Stansiyası (445 MVt), Neftçala Günəş Elektrik Stansiyası (315 MVt) və Abşeron ilə Qaradağda 240 MVt-lıq külək stansiyası. Biləsuvar Günəş Elektrik Stansiyasında 943 mindən çox günəş paneli quraşdırılması planlaşdırılır və illik istehsal ölkənin elektrik enerjisinə olan tələbatının 4-5%-ni ödəyəcək.

• "Universal International Holdings Limited" (Çin) tərəfindən həyata keçirilən "Qobustan" Günəş Elektrik Stansiyası 100 MVt, illik istehsalı təxminən 260 milyon kVt·saat təşkil edir, bu isə 57 milyon kubmetr qazın qənaətinə və CO₂ emissiyasının 124 min tona qədər ixtisarına imkan verir.

• Cəbrayıl rayonunda "Nobel Energy" ilə birgə həyata keçirilən hər biri 50 MVt-lıq "Üfüq" və "Şəms" stansiyaları illik 206 milyon kVt·saat elektrik enerjisi istehsal edəcək və 44 milyon kubmetr qazın qənaətini təmin edəcək.

Bu layihələr xarici investisiyaların artıq bərpaolunan enerji mənbələrinin inkişafına aktiv şəkildə cəlb olunduğunu göstərir.

Prezident İlham Əliyev qeyd edib: "Hesab edirəm ki, bu gün Azərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa şirkətlərinin marağındadır".

İzafi güclər Azərbaycani xüsusilə investorlar üçün , o cümlədən məlumat mərkəzləri və rəqəmsal infrastrukturla maraqlananlar üçün cəlbedici edir.

Bərpa olunan enerji sahəsinin inkişafı beynəlxalq "yaşıl" enerji dəhlizlərinin formalaşması ilə sıx bağlıdır: Xəzər dənizi - Qara dəniz - Avropa, Mərkəzi Asiya - Azərbaycan, Azərbaycan - Türkiyə - Avropa və Azərbaycan - Türkiyə - Gürcüstan - Bolqarıstan. Bu marşrutlar ölkənin "təmiz" enerji üzrə tranzit və ixrac habı kimi rolunu gücləndirir, regional inteqrasiya imkanlarını açır və Avropanın neft-qaz asılılığını azaltmağa xidmət edir.

İqtisadi səmərəlilik baxımından, bərpaolunan enerji layihələri qarşılıqlı faydalı "win-win" vəziyyəti yaradır: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini, texnoloji və investisiya axınlarını əldə edir, beynəlxalq investorlar isə stabil, ucuz və təmiz enerjiyə, yüksək ixrac potensialına çıxış əldə edir. Aİ-nin iqlim hədəfləri və qlobal yaşıl enerji tələbi fonunda, Cənubi Qafqaz, Azərbaycanın mərkəzi rolunu oynadığı bölgə kimi, tədricən əsas regional qovşağa çevrilir.

Azərbaycan strateji baxış və ölkəni bərpa olunan enerji üzrə regional liderə çevirməyə hazır olduğunu nümayiş etdirir. 2032-ci ilə dair genişmiqyaslı planlar, xarici investorların iştirakı, beynəlxalq dəhlizlərin inkişafı və ixrac prioritetləri ilə ölkə bölgə və Avropa üçün dayanıqlı iqtisadi artım və dayanıqlı enerji təhlükəsizliyi üçün platforma yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31