İnfrastrukturun formalaşması istiqamətdə yeni yol xəritəsi- ÖZƏL
14:45 İqtisadiyyat"Müasir kommunal infrastruktur investorlar üçün mühüm meyardır. Su təchizatı və kanalizasiya sistemlərinin etibarlı işləməsi biznes mühitinin yaxşılaşmasına, yeni müəssisələrin açılmasına və iqtisadi fəaliyyətin canlanmasına şərait yaradır". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Bakı və Abşeron yarımadası turizm baxımından böyük potensiala malikdir. Müasir kommunal infrastruktur turizm sektorunun inkişafı üçün zəruri əsas yaradır və beynəlxalq standartlara uyğun xidmət göstərilməsinə imkan verir. Su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ərazidə yerləşən əmlakın dəyərini artırır, daşınmaz əmlak bazarının inkişafına təkan verir və şəhərsalma proseslərinin keyfiyyətini yüksəldir. Proqram dəniz ekosisteminin qorunmasına və su hövzəsinin çirklənməsinin qarşısının alınmasına yönəlib.
Abşeron yarımadasında həyata keçirilən kompleks su təchizatı, kanalizasiya və suvarma layihələri regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Görülən işlər su təsərrüfatı sahəsində uzunmüddətli dayanıqlığın təmin edilməsi və müasir infrastrukturun formalaşdırılması istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə reallaşdırıldığını bir daha təsdiqləyir. Bir sözlə, ölkə başçısının su təchizatı ilə bağlı səsləndirdiyi fikirlər bu istiqamətdə yeni yol xəritəsidir".