Azərbaycan beynəlxalq ekoloji öhdəliklərinə sadiqdir- ÖZƏL
15:30 İqtisadiyyat"Prezident İlham Əliyevin iştirakı ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Bu mühüm hadisə Azərbaycanın enerji siyasətində, xüsusilə bərpaolunan enerji sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü strategiyanın növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Dövlət başçısı çıxışında bu günün ölkə üçün əlamətdar olduğunu vurğulayaraq bildirdi ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialını daha da gücləndirir və milli enerji təhlükəsizliyinə mühüm töhfə verir. 240 meqavat gücündə olan bu stansiya ölkənin elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan son illər ərzində ənənəvi enerji resursları ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Bu yanaşma həm qlobal iqlim dəyişiklikləri ilə mübarizə, həm də uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. "Xızı-Abşeron" layihəsi məhz bu strateji xəttin praktik təzahürüdür.
Çıxışda xüsusi olaraq vurğulandı ki, yeni külək elektrik stansiyasının fəaliyyəti nəticəsində ildə yüz minlərlə ton karbon emissiyasının qarşısı alınacaq. Bu isə Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinə sadiqliyini və "yaşıl enerji"yə keçid istiqamətində real addımlar atdığını bir daha nümayiş etdirir".