Pulunu qızıla yatıranlar qazandı – Rekord üstə rekord

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 600 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.

Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 04:47-də 1.92% artaraq, bir troya unsiyasına görə 4 605 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 04:55-də isə qızılın qiyməti daha 2.03 faiz artaraq, 4 610.1 dollara çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31