Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşdır- ÖZƏL


"Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində iqtisadi siyasətin əsas istiqamətlərini də geniş şəkildə şərh edir. Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil dövlətə çevrildiyi, xarici borcun ÜDM-in tarixi minimum səviyyəsinə endirildiyi, valyuta və qızıl ehtiyatlarının rekord həddə çatdığı xüsusi qeyd olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Dövlət başçısının strateji qərarı nəticəsində qızıl ehtiyatlarının artırılması Azərbaycanın maliyyə təhlükəsizliyini daha da möhkəmləndirmiş, Dövlət Neft Fonduna milyardlarla dollar əlavə gəlir qazandırmışdır. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini müsbət istiqamətdə yeniləməsi isə ölkə iqtisadiyyatının dayanıqlığının beynəlxalq səviyyədə də tanındığını təsdiqləyir.
Nəqliyyat və kommunikasiya məsələləri Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutur. Zəngəzur dəhlizi artıq sadəcə bir yol layihəsi deyil, regionun iqtisadi və geosiyasi xəritəsini dəyişdirən strateji arteriya kimi təqdim olunur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz marşrutlarının kəsişməsində ölkəmizi aparıcı tranzit mərkəzinə çevirəcək. Ermənistan üzərindən və İran istiqamətində alternativ yolların mövcudluğu Azərbaycanın regional proseslərdə təşəbbüskar və yönləndirici rolunu bir daha təsdiqləyir.
Enerji siyasəti sahəsində Prezident İlham Əliyevin baxışları Azərbaycanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyənləşdirir. Azərbaycan artıq yalnız ənənəvi neft-qaz ixracatçısı olmaqla yanaşı, eyni zamanda yaşıl enerji, süni zəka və rəqəmsal infrastruktur sahəsində regional liderliyə iddialı dövlətdir. Günəş və külək enerjisi üzrə minlərlə meqavatlıq layihələrin icrası, enerji şəbəkəsinin gücləndirilməsi, batareya saxlanc sistemlərinin qurulması və data mərkəzlərinin yaradılması ölkənin enerji təhlükəsizliyini və ixrac potensialını daha da artırır. Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın bu rolu gələcək illərdə daha da möhkəmlənəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31