Azərbaycan 133 dövlətlə ticarət əməliyyatı aparıb

2012-ci ilin yanvar-may aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 133 xarici dövlətlə ticarət əməliyyatları aparıb. Statistika Komitəsindən verilən məlumata görə, xarici ticarət dövriyyəsi 18912,8 milyon ABŞ dolları təşkil edib ki, onun 3674,8 milyon dolları idxalın, 15238,0 milyon dolları ixracın payına düşüb. Qeyri-neft məhsullarının ixracı 641,6 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-may aylarının səviyyəsini 10,0 faiz üstələmişdir. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (85,1faizi) İtaliya, Fransa, İsrail, İndoneziya, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Almaniya, Hindistan, Çin, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Yunanıstan, Sinqapur, Tailand, Cexiya Respublikası və Portuqaliya dövlətləri ilə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31