Azərbaycan enerji və nəqliyyat layihələrinə xüsusi əhəmiyyət verir- ÖZƏL

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində çox vacib mesajlar yer alır. Dövlətimizin başçısı, ilk növbədə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonra yaranmış yeni təhlükəsizlik mühitinə diqqət çəkdi. Prezidentin də bəyan etdiyi kimi, məhz ötən il - 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Sülhün təşəbbüskarı Azərbaycandır və ötən il Vaşinqtonda əldə olunan razılaşma əsasında tərəflər sülh istiqamətində çox vacib addımlar atdı. Dövlətimizin başçısının da söylədiyi kimi, "Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə". Bu, sabitliyə və təhlükəsizliyə olan inamın artması fonunda irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.
Müsahibədə, həmçinin ölkədə həyata keçirilən sosial islahatlar, iqtisadi dayanıqlıq və idarəetmədə effektivlik, enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilir, gələcəyəyönəlik inkişaf strategiyalarına dair mesajlar üstünlük təşkil edir. Digər tərəgdən, 2025-ci il Azərbaycanla bağlı bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizin Prezidenti yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın rolu, maraqları, həmçinin bir sıra beynəlxalq və regional məsələlərdə mövqeyi ilə bağlı bir çox sualları cavablandırıb. Bunlara avqustun 8-də Ağ Evdə ABŞ ilə müvafiq memorandumun imzalanması, ərazilərimizin işğaldan azad edilməsindən sonra qonşu dövlətlə münasibətlərdə mühüm mərhələ olan Ermənistanla sazişin paraflanması və qlobal siyasətdə əsas aktorlardan biri olan Çin Xalq Respublikası ilə münasibətlər daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31