Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
9 Yanvar 15:27 İqtisadiyyatAzərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının tədarükü həyata keçirilir.
1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəri stansiyasından Ermənistana yola salınır.
Neft məhsulları ilə yüklənmiş vaqonlar Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31