“Abşeron” yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib
8 Yanvar 13:04 İqtisadiyyatAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "TotalEnergies" şirkəti ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımları müzakirə edib.
Olaylar bu barədə SOCAR-a istinadən xəbər verir.
Belə ki, 8 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.
Bildirilib ki, görüşdə SOCAR ilə "TotalEnergies" şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Qeyd edilib ki, tərəflər, həmçinin enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.