Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AMB məlumat yayıb.Bu göstərici əvvəlki ayla müqayisədə 0.71% və ya 81.1 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları əvvəlki illə müqayisədə 5.1% və ya 555.4 milyon ABŞ dolları artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31