“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı açıqlanıb

"Google" və "ChatGPT"nin Azərbaycan üzrə bazar payı məlum olub.

"Global Stats" Statistika Mərkəzinə istinadən məlumata görə, ötən ilin dekabr ayında "Google"un Azərbaycandakı bazar payı 99.53 faiz bəndi təşkil edib.

Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.12 faiz bəndi artıb. Belə ki, ötən ilin noyabr ayında "Google"un Azərbaycandakı bazar payı 99.41 faiz bəndinə bərabər idi.

Hesabat dövründə "ChatGPT"nin Azərbaycan üzrə bazar payı isə 0.47 faiz bəndi təşkil edib ki, bu da ötən ilin noyabr ayındakı göstəriciyə nisbətən 0.12 faiz bəndi azdır.

Ötən ilin noyabr ayında "ChatGPT"nin Azərbaycan üzrə bazar payı 0.59 faiz bəndi idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31