Bir neçə rayonun qaz təchizatı dayandırılacaq
12 İyul 2012 21:02 İqtisadiyyatTəmir işləri ilə əlaqədar olaraq 13 iyul 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Azadkənd-İmişli" magistral qaz kəmərində eləcədə "Lənkaran", "Xarxatan" və "Quba" qazpaylayıcı stansiyasılarından təbii qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarının yaşayış məntəqələrinə, Quba şəhərinin bir hissəsi, rayonun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə, həmçinin Lənkaran və Liman şəhərləri daxil olmaqla Lənkəran rayonun Xarxatan və Vilvan kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31