Şükürbəyli kəndinin sel sularından mühafizəsinə 7,1 milyon manat sərf ediləcək
11:32 İqtisadiyyatCəbrayıl rayonunun Şükürbəyli kəndinin sel sularından mühafizəsi üzrə işlərə başlanılır.
Olaylar.az-ın məlumatına görə, görüləcək işlər çərçivəsində kəndin 1042 ailəlik (I mərhələ-635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur.
Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) artıq bununla bağlı müvafiq işlərə start verib.
Fond sözügedən işlərin icrasının 7,149 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31