“Yaşıl enerji” sahəsində atılan addımlar ölkənin gələcəyə hesablanıb- ÖZƏL

"Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji siyasəti də mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Prezident İlham Əliyevin müəllifi olduğu strateji enerji layihələri ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırıb. Eyni zamanda "yaşıl enerji" sahəsində atılan addımlar ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir və bu istiqamətdə xarici investorların artan marağı Prezidentin sözünə olan beynəlxalq etimadın göstəricisidir.
Prezident İlham Əliyevin şəxsi nüfuzu və sözünə sadiqliyi aparıcı dünya dövlətlərinin münasibətində də açıq şəkildə özünü göstərir. ABŞ-la münasibətlərin yeni mərhələyə yüksəlməsi, strateji tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması, eləcə də uzun illər tətbiq olunan 907-ci düzəlişin dayandırılması Azərbaycan liderinin qətiyyətli və ardıcıl diplomatiyasının nəticəsidir. Dövlət başçısına göstərilən yüksək hörmət, onun fikirlərinə verilən önəm Prezident İlham Əliyevin qlobal miqyasda qəbul olunan siyasi lider olduğunu təsdiqləyir. Məhz bu səbəbdən onun sözü bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı siyasi mövqeyə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31