93 milyondan çox vəsait hara xərcləndi? – Rəsmi qurum açıqladı

"Bakı Metropoliteni" QSC 2024-cü ildə 35 yeni metro vaqonunun alınması üçün 93 milyon 60 min manat vəsait xərcləyib.

Globalinfo.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, müqavilə Malayziya qeydiyyatlı "TMX International" şirkəti ilə imzalanıb.

"Bakı Metropoliteni" 2023-cü ildə də eyni şirkətə 15 metro vaqonunun müqabilində 35 milyon 701 min manat ödəyib.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC cari ilin noyabr ayında 3 yeni qatar - 15 vaqon xəttə buraxıb. 2030-cu ilə qədər Bakı Metrosu üçün ümumilkdə 299 yeni nəsil vaqon alınması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31