Ağdam şəhərində genişmiqyaslı tikinti və bərpa işləri intensiv şəkildə davam etdirilir.
Olaylar.az Day.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesini əks etdirən yeni görüntülər paylaşılır. Paylaşılan videolarda şəhərin infrastruktur obyektlərinin inşası və Ağdamın simasının tədricən dəyişməsi aydın görünür.
İstifadəçilər Ağdamın mərhələli şəkildə yenidən həyata qayıtdığını nümayiş etdirən kadrları ictimaiyyətlə bölüşürlər.
Qeyd edək ki, daha əvvəl Ağdam şəhərində 1000-dən çox mənzilin artıq məskunlaşma üçün hazır olduğu bildirilmişdi.
Həmin görüntüləri təqdim edirik.