“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb
18:36 İqtisadiyyatNaxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Olaylar xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Sənədə əsasən, MMC "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Naxçıvan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxs birləşdirilməklə yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31