Azərbaycan və Belarus sənaye kooperasiyasını genişləndirir - Səfir

Azərbaycan və Belarus arasında əməkdaşlıq sənaye kooperasiyasının dərinləşməsi hesabına aktiv şəkildə genişlənir.

Olaylar xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitriy Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda maşınqayırma və sənaye yığımı sahələri xüsusi yer tutur.

"Gəncə Avtomobil Zavodunun bazasında sistemli işlər davam etdirilir, zavodun fəaliyyətə başladığı dövrdən indiyədək 14 min Belarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər xüsusi texnikaların yığımı da həyata keçirilir",- deyə səfir qeyd edib.

Pineviç vurğulayıb ki, Azərbaycanda "Vertus" şirkətinin Belarus-Azərbaycan birgə istehsalı olan 279 lift hazırlanıb və hazırda müxtəlif mərhələlərdə olan digər layihələr də start götürür.

Səfir, həmçinin Azərbaycanın əczaçılıq sənayesinin yüksək inkişaf sürətinə diqqət çəkib

"Prezident İlham Əliyevin iştirakı ilə açılmış müəssisələr də daxil olmaqla, əczaçılıq zavodlarına baş çəkmək imkanım olub. Mütəxəssis kimi qeyd edə bilərəm ki, istifadəyə verilmiş müəssisələrin texniki təchizatı olduqca yüksək səviyyədədir və nəticə etibarilə yeni Azərbaycan dərman preparatlarının, o cümlədən belaruslu tərəfdaşlarla əməkdaşlıq çərçivəsində istehsal imkanları böyükdür", - Pineviç deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31