ANAMA iki xarici şirkətlə yarım milyonluq müqavilələr bağlayıb
18:02 İqtisadiyyatAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki xarici şirkətlə yeni satınalma müqavilələri bağlayıb.
Müqavilələr minatəmizləmə fəaliyyəti üçün nəzərdə tutulan qoruyucu xüsusi geyim dəstlərinin alınmasını əhatə edir.
Belə ki, ANAMA İsrail Respublikasının "Cortex Engineering Ltd." şirkəti ilə tam bədən qoruyucu zirehli geyim dəstlərinin satın alınması üzrə 150 min manat dəyərində müqavilə imzalayıb. Eyni zamanda, Norveç Krallığının "Rofi a.s." şirkəti ilə fərdi zirehli qoruyucu geyim dəstlərinin təhvil verilməsi üçün 265 min 306 manat məbləğində müqavilə bağlanıb.
Nəticə etibarilə, sözügedən xüsusi qoruyucu geyim dəstlərinin satın alınmasına ümumilikdə 415 min 306 manat vəsait sərf olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31