"AzərEnerji" ASC-nin sədri Baba Rzayevlə Macarıstanın MVM şirkətinin rəhbəri Karoli Matrainin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə Macarıstan-Azərbaycan enerji sistemləri arasındakı əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.