Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatdı- ÖZƏL
10 Dekabr 13:54 İqtisadiyyat"Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.Qeyd edilməli digər vacib məsələ budur ki, Azərbaycan və Slovakiya hər iki dövlət müstəqil xarici siyasət aparır. Bu isə dövlətlərimizin xarici siyasət kursunda da ortaq nöqtələrinin olduğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib: "Prezident İlham Əliyev Slovakiya Respublikasına rəsmi səfəri zamanı Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət edib və Morava və Dunay çaylarının qovuşduğu məkanda-Devin qəsrində olub. Bratislavada Prezident İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü, həmçinin geniş tərkibdə görüşü baş tutub. Görüş çərçivəsində doğma Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı məsləsi də diqqət mərkəzində olub. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti cənab İlham Əliyev məzmunlu nitqində ölkələrimiz arasındakı hərtərəfli münasibətlərdən və gələcək inkişaf perspektivlərindən bəhs edib. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Azərbaycanın zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik".