Energetika Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindən biridir - GLOBSEC

Energetika Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın ən perspektivli sahələrindən biridir.

Bunu GLOBSEC (Bratislava) Qlobal beyin mərkəzinin İqtisadiyyat və biznes proqramının direktoru Zuzana Pelakova bildirib.

"Slovakiya üçün təbii qazın idxalı prioritet istiqamətdir. Rusiya qazının Ukrayna üzərindən axını 2024-cü ildə Ukrayna tərəfinin əsaslandırılmış qərarından sonra dayandırılıb və təbii qazdan güclü asılılığı olan slovak iqtisadiyyatı indi tədarükü şaxələndirmək imkanlarını axtarır. Əsas məhdudiyyət infrastrukturla bağlıdır: Türkiyədən Balkanlar üzərindən şimala gedən boru kəmərləri tam yüklənib. Slovakiya şaxələndirməyə hazırdır, lakin qabaqca infrastruktur problemləri həll olunmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin dekabr ayı ərzində slovak dövlət enerji təminatçısı SPP-yə təbii qaz tədarük edib. Tədarüklər 2024-cü il dekabrın 1-də başlamış və SOCAR ilə SPP arasında qısamüddətli pilot saziş çərçivəsində həyata keçirilmişdir.

"Yaşıl" energetika sahəsində əməkdaşlığa gəlincə, Pelakova vurğulayıb ki, Slovakiya artıq Azərbaycana istilik nasosları ixrac edir və bu nasoslar aşağı karbon izinə malik elektrik enerjisinin istifadəsi zamanı emissiyaların azaldılmasında mühüm rol oynayır.

"Slovakiya Avropada ən chr("39")təmizchr("39") enerji sistemlərindən birinə malikdir, güclü nüvə sektoru sayəsində və dünya üzrə nüvə enerjisinin ən böyük payına malik ölkə olmağı hədəfləyir", - deyə o əlavə edib və slovak nüvə energetikası sahəsində fəaliyyət göstərən şirkətlərin təcrübə paylaşmağa və əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

Pelakova həmçinin qeyd edib ki, Azərbaycan Qafqazda Slovakiyanın əsas ticarət tərəfdaşı olsa da, iqtisadi əməkdaşlığın ümumi həcmi hələ də məhdud qalmaqdadır . Onun fikrincə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ticarət əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açacaq.

Ekspertin sözlərinə görə, regionun iqtisadi əlaqələrinin gücləndirilməsi baxımından Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır.

"Infrastrukturun olmaması xüsusi olaraq enerji sahəsində , eləcə də digər sahələrdə daha sıx iqtisadi əməkdaşlıq üçün əsas əngəl olaraq qalmaqdadır. Məhz bu səbəbdən Orta Dəhliz onun Mərkəzi Asiya ilə əlaqələrindən asılı olmayaraq önəmli olmağa davam edəcək. Hazırki slovak hökuməti Özbəkistan və Qazaxıstan daxil olmaqla , Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi üzərində çalışır", - deyə o yekunlaşdırıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin son məlumatlarına görə, 2025-ci ilin ilk on ayında Slovakiyaya ixrac 564,78 min dollar təşkil edib, bu ölkədən idxal isə 36,139 milyon dolları ötüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31