Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq?- ÖZƏL

"Əmək Məcəlləsinə növbəti dəfə geniş dəyişikliklər təklif olunur. Onların əhəmiyyətli hissəsi  vacibdir". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib:  "Əmək Məcəlləsinə edilən iki əlavə haqqında- hansılar ki, onların tətbiqi tam tənzimlənə bilməyəcək- qısa olaraq qeydlərimi bölüşürəm.1. Məsafədən iş. Bu əlavə olsa da olmasa da artıq tətbiq olunur. Amma özəl sektorda. Dövlət sektorunda tətbiq üçün də yəqin əlavə qaydalar tələb olunacaq. Problem ayrı məsələdədir.
 Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq? Məsafədən (distant) işə cəlb etmə  zamanı işəgötürən ƏM Əməyin Mühafizəsi böllməsinin tələblərini necə təmin edəcəklər? İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır, o cümlədən maddi məsuliyyət. Amma o bu məsuliyyətinə görə həm də əməyin mühafizəsini təmin etməlidir. İş yerində əlverişli və ədalətli əmək şəraiti yatmalıdır. Teniki təhlükəsizlik qaydalarını təmin etməlidir.  Məsafədən iş zamanı bunu etmək mümkün deyil. 
Məsafədən işləyən işçini işəgötürən  istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etməsə böyük cərimə ödəməlidir (hüquqi şəsxlər 5000 manat). Tutaq ki, edib. Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olasa bu sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək. Çünki biri öz şəxsi avtomobilində gedə-gedə əmək funksiyasını yerinə yetirirsə (tutaq ki, pesonal sürücüsü avtomobili idarə edir, o da kompüterdə əmək funksiyasını yerinə yetirir). və bu zaman avtoqəza baş verisə və işçi xəsarət alırsa və ya aldığı xəsarətdən vəfat edirsə bunu heç bir sığorta şirkəti sığorta hadisəsi saymayacaq. Evində işləyəndə də həmçinin.
2. ƏM 47-ci maddəsinə belə bir bənd əlavə olunur: "təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda"onlarla müddətli əmək müqaviləsi bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir". Praktikada isə bu mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssənin ştat cədvəli yerləşdirlir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl sektor bunu edə bildi (Ştat cədvəlin müvəqqəti dəyişdi və s.) bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssəsi vəsait ödəsə belə. 
Hər iki məsləni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir. Amma bunun da problemi əsaslı həll edəcəyinə ümid azdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31