Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI
13:06 İqtisadiyyatAzərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.
Olaylar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.
Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:
1. Quliyev Elçin Musa oğlu,
2. Salayev Ayaz Ramiz oğlu,
3. Məmmədova Şəfiqə Haşımovna,
4. Məmmədov Nəriman Kamileviç,
5. Məmmədov Hikmət Baba oğlu,
6. Məmmədov Vüsal Fəxrəddin oğlu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31