Neft 30 dollara düşəcək: Analitiklərdən SENSASİON PROQNOZ

"JP Morgan" analitiklərinin fikrincə, qlobal tələbi üstələyəcək potensial tədarük çoxluğu fonunda Brent markalı neftin beynəlxalq benchmarkı 2027-ci ilə qədər bir barel üçün 30 dollara qədər düşə bilər.

Musavat.com xəbər verir ki, Brent markalı neft ilin əvvəlindən bəri 14% ucuzlaşıb və bazar ertəsi bazarda Ukraynada sülh danışıqlarının mümkün bərpası xəbərini gözlədiyi bir vaxtda bir barel üçün 62,59 dollar civarında satılır.

Təklifin həddən artıq olması ilə bağlı narahatlıqlara baxmayaraq, ekspertlər qiymətlərin bir barel üçün 40 dollardan aşağı düşmə ehtimalının olmadığını qeyd edirlər. Bununla belə, qısa müddətdə bazar yüksək OPEC+ və ABŞ istehsalının təzyiqi ilə üzləşə bilər.

Analitiklər həmçinin hesab edirlər ki, Ukraynadakı müharibənin sülh yolu ilə həlli enerji bazarına təsir edə bilər, çünki Rusiyaya qarşı bir sıra sanksiyalar və məhdudiyyətlər yumşalda bilər.

"Goldman Sachs" gələn il neft qiymətlərinin daha da azalacağını proqnozlaşdırır. Bank 2026-cı ildə ABŞ-ın WTI markalı xam neftinin orta qiymətinin bir barel üçün 53 dollar civarında olacağını təxmin edir. Bu arada, 2025-ci ildə tədarük profisiti gündə 2 milyon barrelə çata bilər.

"Goldman Sachs"ın qlobal əmtəə araşdırmalarının rəhbəri Daan Struyvenin sözlərinə görə, 2026-cı il böyük tədarük dalğasının sonuncu ili olacaq və bundan sonra bazar sabitləşməyə başlayacaq.

Neft qiymətləri ucuzlaşmaqda davam edir, çünki gələn il tədarük bolluğu qorxusu Rusiya neftinə qarşı davam edən sanksiyalarla bağlı riskləri üstələyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31