Mənzillərin qiyməti bahalaşıb

2012-ci ilin II rübündə mənzil bazarında qiymətlər əvvəlki rübə nisbətən 0,5 faiz ucuzlaşıb. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, rüb ərzində təkrar mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 0,5 faiz ucuzlaşıb,  ilkin mənzil bazarında isə 1,5 faiz bahalaşib.  Təkrar mənzil bazarında aşağı keyfiyyətli mənzillərin qiymətləri 0,7 faiz, birtipli mənzillərin qiymətləri 0,3 faiz, yaxşı layihələndirilmiş mənzillərin qiymətləri 0,9 faiz, elit mənzillərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. İlkin mənzil bazarında birtipli mənzillərin qiymətləri 0,1 faiz, yaxşı layihələndirilmiş mənzillərin qiymətləri isə 3,6 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31