Əmək haqlarına standartlar və ya normativlər tətbiq oluna bilər
12 İyul 2012 17:39 İqtisadiyyat"Əmək haqlarına standartların və ya normativlərin tətbiqinin zamanı çatıb". Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Fond sədrinin sözlərinə görə, bu, vergidən yayınma, ikili mühasibatlıq kimi problemlərin həllini tapmasına kömək edəcək: "Türkiyədə də bu sistem tətbiq olunacaq. Bu, o deməkdir ki, məsələn tikinti şirkətində çalışan mühəndisin maaşı 500 manatdan aşağı olmamalıdır. Yəni əmək haqlarında standart tətbiq olunacaq. Bununla da vergidən yayınma, ikili mühasibatlıq kimi problemlər aradan qalxacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31