Naxçıvanda yeni yarımstansiya tikiləcək
12:52 İqtisadiyyatNaxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur.
Olaylar.az "Azərenerji" ASC-yə istinadən xəbər verir ki, qurum yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq "Çevirici" yarımstansiyanın tikintisini planlaşdırır.
Bildirilib ki, bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan-Türkiyə-Avropa enerji qovşağının yaradılması və Cəbrayıl-Naxçıvan-Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur.
"Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq "Cəbrayıl-Naxçıvan" və 67 km hissədə 400 kV-luq "Naxçıvan-Türkiyə" xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib", - məlumatda qeyd edilib.