Limonadı şəkər əvəzləyicisi ilə hazırlayan sahibkar haqqında iş açıldı
Rauf Novruzov məhsulların markalanmasında istehlakçıların çaşdırıb
12 İyul 2012 17:37 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Rauf Novruzova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a venrilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes limonadlarının etiketində məhsulun istehsalında şəkər tozundan istifadə olunmasının göstərildiyi halda, məhsulun şəkər əvəzləyicisindən hazırlandığı aşkarlanıb.
İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Rauf Novruzov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.