Hesablama Palatasının xərclər smetası sabit saxlanılıb
21 Noyabr 13:00 İqtisadiyyatHesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək. "Olaylar"n məlumatına görə, 2025-ci ildə xərclər smetası eyni həcmdə olub. Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.
Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31