Milli Məclisin gələn ilki xərclər smetası 52,74 milyon manat təşkil edəcək
12:59 İqtisadiyyatMilli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək. "Olaylar"ın məlumatına görə, bu 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.
Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.
Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib. Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.
Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31