Özəl sektorun inkişafı üçün geniş imkanlar yaranır
12:48 İqtisadiyyat"Ümumi iqtisadiyyatımızda cəmi vergi yükü 15,9 %-dur: "Bu parametrlər göstərir ki, Azərbaycan çox güzəştli və sahibkarlar, özəl sektor üçün əlverişli rejim yaradıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib: "Faktiki olaraq biz icmal gəlirlərimizin 2/3-ni neft gəlirlərindən azad etmişik. Neft-qaz amilindən asılılığımızı daha da azaldacağıq. Həm büdcənin dayanıqlılığı, sağlamlığı, kənar amillərin büdcəyə təsirlərinin azaldılması üçün təklif olunan büdcə zərfi bizə ciddi imkanlar yaradır. Yaradılan yeni rejim çox əlverişlidir, kifayət qədər güzəştlidir. Bu büdcə zərfi növbəti il ərzində həm iqtisadiyyatımızın, sahibkarlığın inkişafı və özəl sektorun inkişafı üçün geniş imkanlar yaradır".