Bu avtomobillərin satışı ƏDV-dən azad edilir
12:31 İqtisadiyyatAzərbaycan ərazisində istehsal olunan yük avtomobillərinin satışı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək. "Olaylar"xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31