Xəstəxanalarda fərqli vergi rejimləri var - Rəşad Mahmudov
12:02 İqtisadiyyat"Ölkəmizdə fəaliyyət göstərən xəstəxanalarda fərqli vergi rejimlərinə tabel tutulur. Hamımıza məlumdur ki, bu yanaşma, uzun illərdir davam edir və nəticədə bir sahədə eyni işi görən mütəxəssislər arasında bərabər olmayan iqtisadi şərait formalaşır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, eyni tibbi xidməti göstərən qurumlara fərqli vergi münasibəti bir tərəfdən bazarda ədalətsiz rəqabət yaradır, digər tərəfdən isə investisiya mühitinə mənfi təsir göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31