İqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak edib.
Trend xəbər verir ki, nazir bununla bağlı özünün "X" hesabında paylaşım edib.
"İsrail dövlətinə işgüzar səfərimiz çərçivəsində həmkarlarla birlikdə Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak etdik. Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını dəyərləndirdik.
Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - deyə nazirin paylaşımında qeyd olunub.