Azərbaycan və İsrail arasında ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
14:34 İqtisadiyyatAzərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Maliyyə Nazirliyinin rəhbəri və Azərbaycan‑İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Zeev Elkin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə nazir rəsmi "X" səhifəsində paylaşım edib.
"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan - İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.
Azərbaycan - İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük",- paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31