SOCAR və “DeGolyer and MacNaughton” arasında strateji əməkdaşlıq müzakirə edilib
20:55 İqtisadiyyat14 noyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
Olaylar.az xəbər verir ki, görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi, innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub.