Azərbaycanla ADB arasında bu məsələ müzakirə olundu

Azərbaycanla Asiya İnkişaf Bankı (ADB) arasında metro şəbəkəsinin genişləndirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşü zamanı məlumat verilib.

Belə ki, görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin Azərbaycanla bank arasında yeni layihələrə toxunulub, bu xüsusda dəmiryolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31