Azərbaycanda uşağın anadan olmasına görə verilən müavinətlərin ümumi məbləği artırılır
16:47 İqtisadiyyatGələn il Azərbaycanda uşağın anadan olmasına görə verilən müavinətlərin ümumi məbləği 39,97 milyon manat olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 4,02 milyon manat və ya 11,2% çoxdur.
Gələn il üzrə orta müavinət məbləğinin 600 manata qədər artacağı, müavinət alanların sayının isə 66 615 nəfər təşkil edəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31