İşğaldan sonra ilk dəfə buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana gedib (FOTO/VİDEO)

Buğda yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana gedib. Bu, işğaldan sonra Azərbaycandan Ermənistana gedən ilk qatardır.

Olaylar xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.

İşğaldan sonra ilk dəfə buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana gedib (FOTO/VİDEO)

İşğaldan sonra ilk dəfə buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana gedib (FOTO/VİDEO)
İşğaldan sonra ilk dəfə buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana gedib (FOTO/VİDEO)
İşğaldan sonra ilk dəfə buğda yüklü qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana gedib (FOTO/VİDEO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31