Dövlət büdcəsində media üçün rekord artım
12:08 İqtisadiyyatNövbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərcləri 11 000 000 manat və ya 16,2 % artımla ümumilikdə 78 721 874 manat proqnozlaşdırılır.
Olaylar.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, media vasitələrinin, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64 800 000 manat vəsait nəzərdə tutulub.
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31