Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr - SİYAHI

Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin "İnstagram" sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 15,46 faiz bəndi artaraq, 35,77 faiz təşkil edib.

Olaylar.az bildirir ki, bu barədə Trend "Global Stats" Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə "Facebook" dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 4,37 faiz bəndi azalaraq, 28,33 faizə çatıb.

Siyahıda üçüncü yerdə 20,49 faizlə "YouTube" gəlir (əvvəlki ayla müqayisədə 7,16 faiz bəndi çox).

Bu göstəriciyə görə, dördüncü yerdə "Pinterest" sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,67 faiz bəndi artaraq, 7,76 faiz təşkil edib.

"X" media platforması 5,24 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 18,01 faiz bəndi az).

Reytinqdə altıncı yeri 1,44 faiz göstərici ilə "Linkedin" tutub (əvəlki ayla müqayisədə 0,84 faiz az).

Digər sosial şəbəkələrin payı 1,33 faiz təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31