Azərbaycanda ən çox hansı sahələrə kredit qoyulub? - SİYAHI
11:46 İqtisadiyyatBu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya görə, bu, aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən isə 2,6 milyard manat və ya 9,3% çoxdur.
Dövr ərzində Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ən çox kredit ev təsərrüfatına qoyulub. Belə ki, bu ilin oktyabrın 1-nə sözügedən sahəyə qoyulmuş kreditlərin həcmi 18,469 milyard manata çatıb. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,1 milyard manat və ya 12,8% çoxdur.
Bundan başqa, hesabat dövründə banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna 4,281 milyard manat (+6%), nəqliyyat və rabitə sektoruna 2,095 milyard manat (+18,1%), inşaat və tikinti sektoruna 1,820 milyard manat (-3,4%), sənaye və istehsal sektoruna 1,674 milyard manat (+11,6%), mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna 709,9 milyon manat (-16,6%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 563,4 milyon manat (+6,4%) kredit qoyulub.