Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır - VİDEO

Azərbaycanda kirayə ilə bağlı vergi məbləğində dəyişiklik edilib. Əgər evini kirayə verənlərdən 14 faiz vergi tutulurdusa, gələn ildən bu rəqəm 10 faizə enəcək.

Ekspertlərin fikrincə, bu qərar mənzillərin qiymət artımı ilə nəticələnə bilər.

Hazırda kirayə mənzil bazarı, əsasən, tənzimlənməmiş şəkildə fəaliyyət göstərir. Əksər kirayə müqavilələri qeyri-rəsmi bağlanır. Gəlirlər bəyannaməyə daxil edilmir.

Yeni qayda bu prosesi rəsmiləşdirsə də, kirayə verənlərin xərclərini artıracaq.

Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 2026-cı ildə fiziki şəxslər üçün mənzillərdə və fiziki şəxslərin idarə etdiyi digər daşınmaz əmlaklarda vergi 14 faizdən 10 faizə enəcək. Digər qeyri-yaşayış obyektlərində isə 14 faiz olaraq qalacaq.

Bu barədə daha ətraflı AzTV-nin təqdim etdiyi süjetdə: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31