Çox işləmək, yoxsa ağılla işləmək səmərəlidir?- ÖZƏL

"Çox işləmək deyil, ağıllı işləmək" prinsipi müasir idarəetmənin səmərəlilik fəlsəfəsini ifadə edir. Bu prinsipin əsasında effektivlik və məhsuldarlıq anlayışlarının keyfiyyət yönümlü əlaqəsi dayanır". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Əgər "çox işləmək" yalnız əmək intensivliyini, vaxt sərfini və fiziki zəhməti artırırsa, "ağıllı işləmək" idarəetmə resurslarının-zaman, insan, texnologiya və informasiya axınının- optimal kombinasiyası ilə ən yüksək nəticəni minimum resursla əldə etməyi nəzərdə tutur. Bu prinsip idarəetmədə: vəzifələrin təkrarlanmasının qarşısını alır, məsuliyyət bölgüsünü dəqiqləşdirir, hesabatlılığı gücləndirir, nəticə yönümlü performans qiymətləndirilməsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31