Aİ 1992-ci ildən Gürcüstana 2 milyard avrodan çox qrant ayırıb – ÖZƏL

Avropa İttifaqı (Aİ) 1992-ci ildən etibarən Gürcüstana ümumilikdə 2 milyard avrodan çox qrant ayırıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, son 30 il ərzində Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə Gürcüstan vətəndaşlarına yeni iqtisadi və sosial imkanlardan yararlanmaq imkanı yaradıb.

"Məbləğ yeni infrastrukturun qurulmasına, iş yerlərinin açılmasına, təhsilin və ətraf mühitin qorunmasına yönəldilib. Hər bir avro Gürcüstan əhalisinin gündəlik həyatını yaxşılaşdırmaq məqsədi daşıyıb - yolların, xəstəxanaların və məktəblərin modernləşdirilməsindən tutmuş yerli icmaların, sahibkarların və gənc yenilikçilərin dəstəklənməsinədək. Artıq 30 ildən çoxdur ki, TRACECA, EU4Business, ENPARD və EU4Youth kimi proqramlar Gürcüstan vətəndaşlarına yeni imkanlar qazandırır", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31