ARDNŞ ödənişlərini açıqladı
12 İyul 2012 13:59 İqtisadiyyatARDNŞ-in iyun ayı üzrə ödənişləri açıqlanıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARLNŞ iyun ayında dövlət büdcəsinə 123 milyon 28 min manat vəsait ödəyib.
Bu göstərici 2011-ci ilin iyun ayı ilə müqayisədə 23 milyon 357 min manat və ya 123,4 faiz çoxdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyun aylarında büdcəyə 674 milyon 92 min manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 126 milyon 145 min manat və ya 123 faiz çoxdur.
Bundan əlavə, cari ilin iyun ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 milyon 402 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyun ayına nisbətən 1 milyon 153 min manat və ya 109,4 faiz çoxdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyun aylarında şirkət tərəfindən Dövlət DSMF-ə ödəniş 77 milyon 768 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 324 min manat və ya 118,8 faiz çox olub.