“AzerGold” QSC və Abu Dabi Ticarət Bankının nümayəndələri arasında görüş keçirilib
16:07 İqtisadiyyat"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Abu Dabi TicarətBankının (Abu Dhabi Commercial Bank - ADCB) nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Zakir İbrahimov qonaqlara "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətistiqamətləri, son illərdə əldə olunan əsas nailiyyətlər vəqarşıya qoyulan strateji hədəflər barədə ətraflı məlumatverib. O, Cəmiyyət tərəfindən dağ-mədən sənayesinininkişafı, ətraf mühitin mühafizəsi, sosial layihələrin icrası, yüksək ekoloji standartlara cavab verən innovativtexnologiyaların tətbiqi, dayanıqlı inkişaf prinsiplərinintəşviqi və sektorun rəqabətqabiliyyətliliyinin artırılmasıistiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Öz növbəsində Abu Dabi Ticarət Bankınınnümayəndələri "AzerGold" QSC-nin Azərbaycanın qeyri-neft sektorundakı aparıcı mövqeyini, eləcə də geolojikəşfiyyat və mədən layihələrinin icrası sahəsində əldəetdiyi uğurları yüksək qiymətləndiriblər. Tərəflər qarşılıqlımaraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarınınaraşdırılması və gələcəkdə birgə layihələrinreallaşdırılması perspektivlərini müzakirə ediblər.