Latviya şirkətləri İKT və innovasiyalar sahəsində Azərbaycanla əməkdaşlıq üçün perspektivlər görür - Katrinа Zarina
21 Oktyabr 18:12 İqtisadiyyatLatviya şirkətləri Azərbaycanla İKT və innovasiyalar sahəsində əməkdaşlıq imkanları görür.
Olaylar xəbər verir ki, bunu Latviya Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvü Katrinа Zarina Bakıda keçirilən Mərkəzi Baltik - Azərbaycan biznes forumunda bildirib.
Katrina Zarina qeyd edib ki, Latviya və Azərbaycanın iqtisadiyyatları sabit artım nümayiş etdirir, Azərbaycan isə neft sektorundan kənarda yeni investisiya imkanları axtarmaqda fəallıq göstərir.
"Latviya tərəfi olaraq, əməkdaşlıq təklif edə və Azərbaycan şirkətləri ilə birgə işləyə biləcəyimiz istiqamətlərin olduğunu görürük", - deyə Latviya Ticarət və Sənaye Palatasının nümayəndəsi vurğulayıb.
O, iki ölkə arasında iqtisadi münasibətlərin bundan sonra da inkişaf edəcəyinə, müxtəlif sahələrdə əməkdaşlığın hər iki tərəf üçün qarşılıqlı fayda gətirəcəyinə əminliyini ifadə edib.