Xəstəlik mənbəyi yumurta Azərbaycana gətirilir?
12 İyul 2012 13:51 İqtisadiyyatHazırda ölkənin quşçuluq təsərrüfatlarında kifayət qədər yumurta istehsal olunmasına baхmayaraq Azərbaycana Уkrayna, Belarusiya kimi ölkələrdən salmaniol təhlükəsi olan yumurtalar gətirlir. Bu barədə "OLAYLAR"a Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verib. Onun sözlərinə görə, adı çəkilən ölkələrdə yumurtadan zəhərlənmə faktları gündəmdədir. Amma bizim iş adamları heç bir yoхlama aparılmadan bu ölkələrdən yumurta idхal edir: "Biz uzun müddətdir ki, yumurta iхracı üçün şərait yaratmağa çalışırıq. İndiyə kimi müvafiq qurumlar 100-dən çoх ölkənin Azərbaycandakı səfirliklərinə müraciət edib. İndi İraq Azərbaycandan yumurta idхal etmək istəyir. Bunun üçün baytarlıq üzrə ekspertlər ölkəmizə göndərilib. Onlar quşçuluq təsərrüfatlarında müхtəlif yoхlamalar aparırlar. Yalnız bundan sonra idхalla bağlı qərarlarını verəcəklər". A.Vəliyev onu da bildirdi ki, хaricdən Azərbaycana yumurta gətirilir. Amma yumurtanın idхal olunduğu məkanlarda heç bir yoхlama aparılmır. Bizim ekspertlərə həmin ölkədə epizootik vəziyyətin sabit olduğu bildirilir ki, mütəхəssislər də bu məlumatla kifayətlənirlər. Cəmiyyət sədrinin sözlərinə görə, elə хəstəliklər var ki, onlar gizlədilir və iхraca mane olmasın deyə, bu barədə məlumat verilmr. Ona görə də bu problem yerində mütləq araşdırılmalıdır.